Zamiqlə Brilliantdan yeni duet

Xalq artisti Brilliant Dadaşova ilə müğənni Zamiq Hüseynov duet oxuyub. SİA-nın verdiyi xəbərə görə, Zamiq sözügedən bəstəni 1 il bundan öncə səsləndirdiklərini dilə gətiriblər: "Mahnını bir il bundan əvvəl oxumuşuq. Sadəcə, bəzi məqamlar xoşumuza gəlmirdi. Gah o, dəyişirdi, gah da mən. Nəhayət, təqdim edə bildik. Köhnə fransız mahnısıdır. Yeni aranjiman etdirmişik. Ajda Pekkan da bu bəstəni səsləndirib. Sözlərini dəyişib, Azərbaycan dilinə çevirdik. Mahnı "Sevgilim" adlanır. Brilliant Dadaşova dünyalar qədər sevdiyim ifaçıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə