Sevda etiraf etdi

Müğənni Sevda Yahyayeva maraqlı etiraflar edib. SİA-ya danışan ifaçı bunları deyib: "Pul verib mahnı ala bilərəm, klip çəkdirə bilərəm. Ancaq pulnan bəstəmi insanlara sevdirə bilmərəm. Bu günə qədər bir çox mahnılarım hit olub. Onu da qeyd edim ki, nəyisə pisləmək heç də çətin deyil. Lakin hər insan da yaxşı sözü dilə gətirməyi bacarmır. Müğənni var ki, canlı oxuyanda səsi gözəl alınır. Ancaq səs studiyasında isə əksinə olur. Elə sənətçi də var ki, hər ikisini yaxşı bacarır. Bax həmin ifaçı universaldır. İllər öncə peşəkar bəstəkarımız Vüqar Camalzadə söyləmişdi ki, Sevda universal müğənnidir".

Sevda şou-biznes nümayəndələri ilə olan münasibətindən də söz açıb: "Mənim hər kəslə gözəl münasibətim var. Çalışıram heç kimlə problemim olmasın. Yanımda isə inandığım və güvəndiyim dostlarım var".

Bütün xəbərlər Facebook səhifəmizdə