Sevincdən sərt sözlər "Pullu kişilərlə vaxt keçirirsiniz"

Sevincdən sərt sözlər "Pullu kişilərlə vaxt keçirirsiniz"

Müğənni Sevinc Musayeva həmkarları haqda sərt açıqlamalar verib. SİA-nın məlumatına görə, o, bəzi sənətçilərin məşhur olmaq üçün hər vasitəyə əl atdıqlarını bildirib: "Bir dəfə verdiyim açıqlama bir çoxlarını qıcıqlandırıb. Əsasən də səsi olmayan, soyunmaqla gündəmə gələn həmkarlarımı. Düz söz dəmiri də əridir. Məşhur olmaq üçün oxumaqdan başqa hər şey edirsiniz. Bir verilişə çıxmaq üçün min manat ödəməlisiniz. Buna görə də otellərdə pullu qaqaşlarla, yad insanlarla, evli, yaşlı, pullu kişilərlə vaxt keçirirsiniz. Məşhur olasınız deyə prodüserlərə yaltaqlanır, onların yanında fırlanırsınız. Qondarma iş adamlarını, restoran müdirlərini özünüzə yaxın bilib, min oyundan çıxırsınız. Nəyə görə? Bircə məşhur olmağa görə? Allah sizə gözəllik verib ki, onu naməhrəm, haram əllərdə istifadə edəsiniz? Doğrudan da bədbəxt və aciz adamlarsınız. Özünüzə, valideynlərinizə hörmət edin. Gündəmə gəlmək, məşhur olmaq, bahalı maşın idarə etmək, toy qiymətlərini qaldırmaq üçün bu qədər günah işlətməyə dəyməz. Nə qədər gözünüz çirkinlik görəcək, bir o qədər acı və yaşınızdan böyük görsənəcəksiniz. Əgər vicdanınız və imanınız qalıbsa, tövbə edib, pisliklərdən uzaqlaşın. Taleyinizi Allah yazır və sizin ixtiyarınız yoxdur ki, məşhurluq üçün onu pozasınız. Bunları qorxmadan, çəkinmədən yazdım. Çünki üzüm ağ, alnım açıqdı".

Bütün xəbərlər Facebook səhifəmizdə