Aktyor Kenan İmirzalıoğlu sevgilisi, aktrisa Sinem Koballa çıxdığı İstanbul gəzintisində fotolarının çəkilməsinə sərt etiraz edib. SIA-nın Türkiyə mediasına istinadən məlumatına görə, ondan bir gün əvvəl Sinemin avtomobilində görüntülənən cütlük paparassiləri görüncə narahat olublar. İmirzalıoğlu avtomobili kənara çəkərək fotoqraflara tərəf qışqırıb:
"Bəsdir artıq. Rahat buraxın, nəfəs alaq. Qeyri-adi nə var ki? İki subay adamıq. Mövzu məlum, münasibətimiz məlum. Avtomobildən düşüb evə gedəcəyik..."
Qeyd edək ki, bir neçə aydır birgə olan sevgililər nikahlarını rəsmiləşdirməyə hazırlaşırlar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB