İzzət konsert verdi FOTOLAR

Müğənni İzzət Bağırzadə "Yaşıl Teatr"da "Mənim dünyam" adlı solo konsert verib. SİA-nın verdiyi xəbərə görə, səhnəyə ilk olaraq konsertin musiqi rəhbəri Hüseyn Məhəmmədoğlu çıxaraq klarnetdə ifa edib.

Daha sonra yerli "Şaban" şousunu göstərərək tamaşaçıları güldürüb. Səhnəyə ağ kostyumda çıxan İzzət konsertinə türkiyəli müğənni İbrahim Tatlısəsin "Mavi mavi" mahnısı ilə başlayıb. O, tamaşaçıları salamladıqdan sonra konsertinə gələnlərə təşəkkürünü bildirib. Sənətçi son zamanlar havaların soyuq keçməsinin konsert planlarına təsir edəcəyindən qorxduğunu da dilə gətirib: "Pəncərədən baxıb dedim ki, qış gəldi. Yəqin, Allah bu konsertin olmasını istəmir. Amma bu gün havanı belə görüb sevindim. Hətta dünən mənə İnstaqramda yazıb gülürdülər ki, sabah nə edəcəksən? Onlara cavab verirdim ki, inşallah, Allah sizi sevindirməz və sevindirmədi də...".

Gecədə sənət dostları da İ.Bağırzadəni tək qoymayıb. Onlardan biri də Elxan Şirinov olub. İzzət həmkarının repertuarından "Başqa birisini sevə bilməzsən" mahnısını səsləndirərkən E.Şirinov da səhnəyə çıxıb. Onlar mahnını duet şəklində oxuyublar.

Daha sonra müğənni Niyam Səlami səhnəyə çıxaraq konsertin baş tutması üçün dualar etdiyini deyib. İzzəti dinləməyə gələnlər arasında anası, xanımı və üç oğlu – Əli, Rza, Mehdi də olub. İfaçı konsertində rejissor Nail Naiboğlunun ekranlaşdırdığı "Ey dost" və Pərviz Oktayoğlunun çəkdiyi "Roman" kliplərini də təqdim edib.

Qeyd edek ki, konsert maraqlı anlarla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə