Nail Naiboğlu TMB-də işləyəcək "Müğənnilərin hüquqları məndə olacaq"

Nail Naiboğlu TMB-də işləyəcək "Müğənnilərin hüquqları məndə olacaq"

Rejissor Nail Naiboğlu türkdilli ölkələrin musiqisini təbliğ edən Türk Müzik Birliyi (TMB) kanalının Azərbaycan üzrə baş prodüseri təyin olunub. Bu haqda SİA-ya rejissor özü məlumat verib: "Həmin telekanalda Azərbaycan müğənnilərinin klipinin hüquqları məndə olacaq. TMB-nin Bakıda ofisləri var. Bizim ifaçıların ekran işlərini toplayıb, daha sonra isə kanalda yayımlayırlar".

Qeyd edək ki, TMB TV 2009-cu ilin dekabrında Bişkekdə keçirilən TÜRKSOY sammiti çərçivəsində Mədəniyyət Nazirləri Şurasının qərarı ilə yaradılıb. O, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiyan, Ukrayna və Baltikyanı ölkələrin kabel operatorları tərəfindən yayımlanır. TMB-nin Bakı nümayəndəliyi 2012-ci ilin yanvarında açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə