Emindən yeni sinql

Müğənni-bəstəkar Eminin yeni işıq üzü görən "Boomerang" sinqlı böyük uğur əldə edib. SİA-nın məlumatına görə, bu haqda ifaçının "İnstagram" səhifəsində yazılıb. Belə ki, "Boomerang" işıq üzü gördüyü ilk həftədə Böyük Britaniyanın rəsmi "pop-chart"ında 33-cü pilləyə yüksəlib.

Qeyd edək ki, sinqlda Eminin dünyaşöhrətli musiqiçi Nayl Rodcerslə duet şəklində oxuduğu eyniadlı mahnısı yer alır. Bəstəyə çəkilən klip sentyabrın 25-də təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə