Aybəniz Haşımova xəstəxanadan çıxdı

Əməkdar artist Aybəniz Haşımova xəstəxanadan evə buraxılıb. SİA-nın verdiyi xəbərə görə, müğənni bu haqda sosail şəbəkədə yazıb: "Əziz və çox sevdiyim tamaşaçılarım, bir neçə gün əvvəl səhhətimdə problem yaranmışdı. Heç kimə bildirməməyimin səbəbi sizi üzmək istəməməyimdir. Çox şükür ki, yaxşıyam və artıq evdəyəm. Cənab prezidentimiz, hörmətli İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya "çox sağ olun" deyirəm. Rəşad həkim kimi insanlar belə şərait yaradırlar və onlarda insanlara yüksək diqqət, qayğı göstərirlər. Respublika Diaqnostika Mərkəzinin rəhbərinə və bütün işçi heyətinə təşəkkür edirəm".

Qeyd edək ki, xəstəxanadan verilən məlumatda A.Haşımovanın ürəyində problem olduğu bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə