8 dəqiqəyə boşandılar FOTOLAR

Xəbər verdiyimiz kimi azərbaycanlı model Günay Musayeva və aktyor Tolqa Karel boşanıb. SİA-nın verdiyi xəbərə görə, 8 dəqiqəlik məhkəmədən sonra tərəflər razılıqlı şəkildə boşanıblar. Məhkəmə binasından ilk ayrılan Günay olub. O, boşanma barədə sualları "artıq onunla bağlı heç bir şey danışmağımıza ehtiyac yoxdur" deyərək cavabsız buraxıb.

T.Karel isə Günaya qarşı fiziki təzyiqdən istifadə etməsinə belə reaksiya verib: "Belə bir şey olmayıb. Övladımıza görə çox danışmağın mənası yoxdur. Bir ata olaraq vəzifəmi yerinə yetirdim, yetirəcəyəm. Bundan sonra uşağımız üçün dost qala bilsək, nə xoşbəxtik".

Aktyor nə üçün boşandıqları haqda da danışıb: "Sevmədiyim, artıq sevə bilmədiyim bir qadınla evli qalmağın bir mənası olduğunu düşünmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə