Müğənni-aparıcı Vüsalə Rəcova yeni mövsümdə kanalların birində veriliş aparacaq. SİA-nın məlumatına görə, hər həftənin şənbə günü səhər saat 10:00-da yayımlanacaq proqram "Aləm oyansın" adlanır. 1,5 saat davam edəcək verilişdə sənətçi qonaqlar canlı ifalar nümayiş etdirəcəklər. V. Rəcova əyləncəli səhər şousunun tamaşaçılara həftə sonu yüksək əhval-ruhiyyə bəxş edəcəyinə söz verib.
Qeyd edək ki, "Aləm oyansın"ın ilk buraxılışı sentyabrın 19-da efirə gedəcək.
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB