İlkindən inanılmaz addım

Aparıcı İlkin Həsəni telekanallar arasında gedən qalmaqallardan söz açıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı qonşu kanal haqqında işlətdiyi xoşagəlməz sözlər üçün üzr istəyib:"Əziz dostlar, dəyərli izləyicilərim, son zamanlar telekanallar arasında yaman gərginlik yaranıb. Mən də vaxtilə hamı Mətanəti (aparıcı Mətanət Əliverdiyeva – red.) qınayanda, həmkarıma həmrəy olmaq istədim. Amma emosiyaya qapılıb, yazdığım sözlər qonşu kanallarda inciklik yaratdı. Əgər kimsə mənim həmin sözlərimi özünə aid edirsə, onlardan üzr istəyirəm. Gəlin, biz telekanal işçiləri cəmiyyətə nümunə olaq, belə səhvlər etməyək. Bir-birimizə kömək edək, bir-birimizin işinə qarışmayaq. Bir sözlə gəlin, həmrəy olaq".

Qeyd edək ki, aparıcı M.Əliverdiyevanın mayın 19-da Bakıda yanan bina ilə bağlı dediyi, "Bir külək idi, gəldi keçdi" sözləri qalmaqal yaratmışdı. ANS telekanalının aparıcı ilə bağlı süjet hazırlaması və onu tənqid etməsi bir çoxlarını özündən çıxarmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə