Modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın model qismində podiuma çıxması "İpək yolu" IV Avrasiya Beynəlxalq Geyim Festivalının ən maraqlı məqamlarından biri olub. Bu barədə xəbəri SİA-ya G.Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin mətbuat xidmətindən deyiblər.
Modelyer məşhur özbək dizayneri Hafiz Xanın (Khafiz Khan) kolleksiyasının dəfiləsində iştirak edib.
G.Xəlilova bildirib ki, festivalda xüsusilə kolleksiyaların təqdimatında bir-birinə kömək edən və hətta dəfilədə iştirak edən dizaynerlər arasında möhtəşəm ab-hava var idi:
"Mən məşhur özbək dizayneri Hafiz Xanın dəfiləsi zamanı podiuma çıxdım ki, bu da zaldakı tamaşaçıların gurultulu alqışına səbəb oldu. Hətta Rusiyanın tanınmış dizayneri, bakılı Raf Sərdarov dəfilədən sonra mənə dedi: "Bəli, sən əsl aktrisasan!". Mənə çox xoş idi (gülür)".
Xatırladaq ki, G.Xəlilovanın "Bakı-2015" I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiyası nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb.
Urumçi şəhərində (Çin) keçirilmiş festivalda Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər iştirak ediblər.
(1).jpg)
(1).jpg)
.jpg)
(1).jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB