İradənin 6 günlük oğlu FOTOLAR

Müğənni İradə İbrahimova sosial şəbəkədə yeni dünyaya gələn oğlunun fotosunu ortaya çıxarıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi sosial şəbəkədə övladının fotosunu paylaşaraq "Hamıya salam. Mən Əliyəm. 6 gündür aranızdayam. "Maşallah" deməyi unutmayın, çünki anam çox yaraşıqlı olduğumu söyləyir" sözlərini yazıb.

Qeyd edək ki, İ.İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə ailəlidir. Hazırda İstanbulda yaşayan cütlüyün İpək adlı bir qızı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə