Bəyimxanım Vəliyeva sevincini bölüşdü "Bundan böyük stimul ola bilməz"

Bəyimxanım Vəliyeva sevincini bölüşdü "Bundan böyük stimul ola bilməz"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Onların sırasında muğam ifaçısı Bəyimxanım Vəliyevanın da adı var. Əməkdar Artist fəxri adına layiq görülən ifaçı sevincini SİA-ya bölüşüb: "Hər bir sənətçi üçün bundan böyük sevinc, güc və stimul ola bilməz. Mən Dövlət başçımız İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə təşəkkürümü bildirirəm. Məni ilk olaraq ailəm təbrik etdi. Bu xəbəri eşidəndə inanmadım. Ancaq saytları oxuyanda həqiqət olduğunu anladım. Bütün ad alan sənət yoldaşlarımı da təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə