Bu gün xalq artisti Brilliant Dadaşovanın 56 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, B.Dadaşova Bakı şəhərində anadan olub. B.Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlayıb. Müğənni böyük səhnəyə 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalındakı ilk çıxışı ilə gəlib. Müğənnini məşhurlaşdıran mahnılardan biri 1986-cı ildə Akif İslamzadə ilə birgə ifa etdiyi "Hər şey gözəldir həyatda" adlı mahnı olub. Qısa zamanda Azərbaycanda məşhur olan mahnının eyni adlı musiqi albomu işıq üzü görüb. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bilib. 1989-cu ildə B.Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.
1997-ci ildə əməkdar artist, 2008-ci ildə isə xalq artisti adına layiq görülüb.
Ailəlidir, bir oğlu var. Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB