Fəxri ad alan məşhurların TƏƏSSÜRATLARI

Fəxri ad alan məşhurların TƏƏSSÜRATLARI

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə bir çox mədəniyyət işçisi fəxri adlarla təltif olunub. SİA-nın verdiyi xəbərə görə,
onların arasında sənət aləminin tanınmış simaları da var. Sözügedən məşhurların təəssürratlarını öyrəndik.

Əməkdar artist Mayestro Ceyhun: "İlk xəbəri mənə dostlarım verdi. Hamı təbrik edir. Mənim üçün əsl sürpriz oldu. Bu, dövlət başçısının sənətə verdiyi dəyər, xalqımın sevgisinin göstəricisidir. İllərdir çalışdım və nəhayət bəhrəsini gördüm. Bir sənətçi üçün ən gözəl hədiyyə yaradıcılığına qiymət verilməsidir. Media da çox sağ olsun ki, bizim uğurumuzu işıqlandırır".

Əməkdar artist Elnarə Abdullayeva: "Allahıma şükr edirəm ki, fəxri ada layiq görülmüşəm. Bu vaxtadək vətənimiz üçün nə etmişəmsə, təmənnasız görmüşəm. Allah Cənab Prezidentimiz İlham Əliyevə can sağlığı versin. Tanrı bizə pis gün göstərməsin. Ölkəmizdə hər zaman əmin-amanlıq olsun".

Əməkdar artist Yusif Mustafayev: "Bu xəbəri mənə polkovnik dostum çatdırdı. Əvvəlcə atamın adını soruşdu. Sevincimdən bilmirəm, nə edim. Evimizdə toy-bayramdır. Məni bu ada layiq gördüyü üçün Cənab Prezidentə minnətdaram. Çox şükür mən də fəxri ada layiq görüldüm".

Əməkdar artist Bəhram Bağırzadə: "Xəbəri ilk bacım zəng vurub verdi. Bu xəbərə hamıdan çox anam sevindi. Allah anamın dualarını eşitdi. Heyf ki, rəhmətlik atam yanımda deyil. Bilirəm ki, indi onun da ruhu sevinir".

Bütün xəbərlər Facebook səhifəmizdə