Aktyor övladından danışdı "Allahın yardımı ilə səhhəti düzəldi"

Aktyor övladından danışdı "Allahın yardımı ilə səhhəti düzəldi"

Aktyor Elnur Kərimov ikinci dəfə övlad sahibi olub. SİA-nın verdiyi xəbərə görə, aktyorun ikinci övladının səhhətində bir neçə gün problem yaranıb. O, bu haqda "Facebook"səhifəsində yazıb: "Allaha min şükür, sentyabırın 3-ü övladım dünyaya göz açdı. Təzə dünyaya gələn övladımı səhhətində yaranmış problemlərə görə reanimasiyaya saldılar. Allahın yardımı ilə getdikcə səhhəti düzəldi və həkimlər sentyabırın 11-də doğum evindən çıxmaq üçün icazə verdilər. Bu da sentyabr ayının 11-də ad günümə çox böyük hədiyyə oldu. Ad günüm və ikinci övladımın dünyaya gəlişi, həmçinin onu sağ-salamat evə gətirməkdə mənə kömək olan, yanımda olan ailə üzvlərimə, Gənc Tamaşaçılar Teatrının kollektivinə, həmin an mənə zəng edən, bütün dostlarıma, sənət yoldaşlarıma, hətta böyük sənətkarlarımıza, teatrımızın direktoruna, baş rejissoruna təşəkkürümü bildirirəm.

Mənə ünvanlanan hər bir təbrik yeni ümid verdi. Allah hamıya övlad payı qismət etsin. Ətrafınızda sizi siz olaraq qəbul edən və hər zaman yanınızda olan təmənnasız dostların olmasını arzulayıram. İnsan ya xoş, ya da dar günündə dost köməyinə ehtiyac duyur. Mən bu sınaqdan da keçdim və mənimlə bu sınaqdan keçməyən əslində dost dediyim, amma dost olmayan insanları yaxşı ki, tanıdım. Onlara da təşəkkür edirəm ki, məni çox incitmədən iç üzlərini göstərdilər.

Mən xoşbəxtəm. Allah hamını xoşbəxt etsin. Allah böyükdür. Hər günümüzə şükür olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə