Yaşar Cəlilov "Bakı"dan oxudu

Müğənni Yaşar Cəlilov yeni "Bakı" adlı mahnısını dinləyicilərin ixtiyarına verib. SİA-ya danışan ifaçı yeni mahnısını böyük məmnuniyyətlə ifa etdiyini söyləyib: "Azərbaycanımızın hər guşəsu mənə əzizdir. Ayrıseçkilik salan, yerlibazlıq edən, "sən haralısan?" soruşanları da sevmirəm. Lakin Bakı paytaxtımızdır. Azərbaycanla tanışlıq Bakıdan başlayır. Özüm də Bakıda doğulduğum üçün mahnı çox xoşuma gəldi".

Qeyd edək ki, bəstənin sözləri Vüqar Bakılı, musiqisi Fuad Qasımov, aranjemanı Tərlan Məmmədhüseynovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə