Kim Sevda Yahyayevanın gözünü yolda qoydu?

Kim Sevda Yahyayevanın gözünü yolda qoydu?

Müğənni Sevda Yahyayeva maraqlı açıqlama verib. SİA-ya danışan ifaçı "İtmiş ada" adlı solo konsertinə gəlməyən şəxslərdən danışıb: "Həyatda mənə bir addım atana, 10 addım atıram. İnsan uman yerdən inciyər. Əgər mən onları özümə yaxın bilməsəydim, konsertimə gəlməmələri mənə təsir etməzdi. Hər halda oldu və bitdi. Bununla da, mən onlarla danışmamaq qərarına gəldim. Əgər onlar məni istəmirlərsə, mən də həmin kəsləri bəyənmirəm. Mən onları saydım, dəvət elədim, gəlmədilərsə gəlməsinlər. Əsas odur ki, mənim ürəyim istəyən şəxslər yanımda idi. Hansı ki, həmin insanlar daima konsertlərimdə, layihələrimdə yanımda olublar. Bax mən buna dostluq deyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə