Aysel Əlizadəyə vəzifə verildi

Müğənni Aysel Əlizadəyə vəzifə verilib. Sənətçi Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turzim İdarəsində yaradıcılıq kollektivinin bədii rəhbəri vəzifəsini icra etməyə başlayıb. SİA-ya açıqlamasında A. Əlizadə bunları deyib:"Artıq iki aydır Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turzim İdarəsində yaradıcı kollektivin bədii rəhbəriyəm. Daha yüksək vəzifələrdə çalışmağa savadım, təhsilim imkan verir. Gələcəkdə daha çox uğur qazanacağıma inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə