Toliklə Röya barışdı?

Prodüser Tolik uzun müddətdir küsülü olduğu müğənni Röya Ayxala bağlı maraqlı açıqlama verib. SIA-nın məlumatına görə, sənətçinin xalq artisti Habil Əliyevlə bağlı sözlərinə prodüser münasibət bildirib. O, instaqram səhifəsində bunları yazıb: "Heç bir müğənni məndən inciməsin, çox az məşhur səmimidir. Onlar arasında ən çox səmimi olanı da Röyadır. Mən özüm də əkizlər bürcüyəm və səmimiyəm. Çünki maskalana bilmirəm. Ağlamaq istəyəndə ağlayıram, gülmək istəyəndə gülürəm. Röya ürəyini açdı və bir söz dedi: "Yanımdakılar yavaş-yavaş azalır". Bu həyatın qanunudur. Bəzilərini Allah dərgahına aparır. Bəziləri isə səni, uğurunu və olduğun təbəqəni həzm edə bilmir. Ona görə də yanında olmur". Qeyd edək ki, R.Ayxan açıqlamasında "Adama təsir edən odur ki, yavaş-yavaş hamı gedir. İnsan tək qalır. Özümü onunla daha güclü hesab edirdim. Yanımda olanlar get-gedə azalır. Yeri cənnət olsun, yeri hər zaman görsənəcək. Hər insana belə şərəflə gəlib-getmək qismət olmur. Bizim üçün bu çətindir. Amma ona qismət oldu" sözlərini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə