Zamiq 32 yaşını qeyd edir

Bu gün müğənni Zamiq Hüseynovun ad günüdür. SİA-nın verdiyi xəbərə görə, ifaçı 32 yaşını qeyd edir. Zamiqi şou-biznes nümayədənləri, dostları, tanışları təbrik edib.

Xatırladaq ki, Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 1987-ci ildən ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 1990-cı ildə 53 saylı orta məktəbdə təhsilə başlayıb. 2001-ci ildə orta təhsilini bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda xanəndəlik sinfində Zabit Nəbizadədən dərs alıb.

Ad gününüz mübarək!

Bütün xəbərlər Facebook səhifəmizdə