İzzət Bağırov xanımları sevindirəcək

İzzət Bağırov xanımları sevindirəcək

Müğənni İzzət Bağırov ənənəsinə sadiq qalacaq. SİA-ya açıqlama verən ifaçı hər il olduğu kimi bu il də 8 mart Beynəlxalq Qadınlar günündə konsert verəcəyini söyləyib: "Hər il 8 martda konsert verirdim. Lakin bir müddət fasilə verdim. Ancaq yenidən möhtəşəm məkanların birində xanımlarımızı sevindirəcəm. Xüsusi ilə qeyd edim ki, mənim ən maraqlı konsertlərim 8 martda baş tutur. Çünki konsertim zamanı zalda nə qədər xanım əyləşibsə, onları təbrik edə bilirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə