Beren Saat təhlükədədir

Müğənni Kənan Doğulu aktrisa həyat yoldaşı Beren Saata görə narahatdır. SİA-nın verdiyi xəbərə görə, buna səbəb ötən gün HDP-ni dəstəklədiyi üçün ülkücülərin Beren əleyhinə "Ziyagil köşkü" qarşısında etiraz aksiyaları keçirmələridir. Daha əvvəl də müxtəlif qruplar tərəfindən şantaj olunan xanımının təhlükəsizliyindən narahat olan Kənan ona cangüdən tutacaq.

Bundan başqa, B.Saat üçün çəkiliş meydançalarında da təhlükəsizlik tədbirlərinin görüləcəyi bildirilir. Beren sosial şəbəkələrdə onu ölümlə təhdid edənlərin kimliyinin müəyyən edilməsi üçün polisə də müraciət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə