Tahir Əkbərdən yeni xəbər

Xəbər verdiyimiz kimi dünən beyin əməliyyatı keçirən Tahir Əkbərdən xəbər var. SİA-ya bəstəkarın həyat yoldaşı danışaraq ətraflı məlumat verib: "Tahir müəllim reanimasiya şöbəsindən palataya köçürülüb. Əməliyyat iki saatdan çox çəkdi. Həkimlərin dediyinə görə əməliyyat uğurla nəticələnib. Tahir müəllim bundan sonra yaradıcılıq işləri ilə məşğul ola biləcək".

Qeyd edək ki, bəstəkarın beyninə qan yığılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə