İctimaiyyətin gözünün önündə olan məhşurlar formada qalmağının sirrini danışıb. SİA-nın məlumatına görə, pəhrizlə arıqlamaq istəyən məhşurların bəzən nəfsinə qalib gəlmədiyi bəlli olub:
Aparıcı və aktyor İlkin Həsəni:
"Nəfsim çəkəni yeməyi dadmalıyam, ona görə də, pəhriz proqramından imtina etmişəm. Amma qida rasionumdan çörəyi çıxarmışam. Hər gün idman edirəm. Ağır təlimlər etmirəm. Daha çox yürüş və kardio hərəkətlərinə üstünlük verirəm".
Müğənni Elza Seyidcahan:
"Mən də pəhriz saxlaya bilməyənlərdənəm. Amma nəfsimə saat 6-dan sonra qalib gəlməyi bacarıram. Çörək yemirəm. Etiraf edim ki, xəmir yeməyi mütləq yeməliyəm. Lavaşı süfrədə gördümsə, mütləq dadmalıyam. Süfrədə bu təamlar olsun və mən imtina edim, mümkün deyil! Amma idmanı da gündəlik həyatımdan əskik etmirəm. Arada-bir qaçıram. Üzməyi çox sevirəm. Zamanım olanda gedən yerim üzgüçülük olur".
Aparıcı və müğənni Murad Arif:
"Mən dietoloq Leyla Zülfüqarovanın pəhrizi ilə arıqlaya bildim. 25 kilo çəki atmışam. Pəhrizdən sonrakı vəziyyətimi də qorumağa çalışıram. İdmanla mütləq şəkildə məşğul oluram. Yeni pəhriz proqramına başlamalıyam. Qida rasionumdan karbonhidratı çıxarmışam. Bəzən plov və ya tort görəndə, qaydaları yüngül pozmaq məcburiyyətində qalıram. Bunu əvəzini sabah az qidalanmaq və ya idmanı vaxtından artıq etməklə çıxıram.
Rəqqasə Oksana Rəsulova:
"Demək olar ki, çörək yemirəm. Saat 6-dan sonra ağzımı bağlayıram. Buna əksəriyyət günlərdə əməl edirəm. Amma pəhrizimi pozduğum günlər olub. Amma az qida ilə doyduğum üçün nəzərə çarpacaq qədər kilo almıram. İdmana isə vaxt ayıra bilmirəm".
Aparıcı Şəhriyar Əbilov:
"Yeni pəhrizə başlamışam. Paralel olaraq, idman edirəm. Həftənin 4 gününü idmana ayırıram. Atletika ilə məşğul oluram. Yuxuma və sağlam qidalanmağıma diqqət yetirirəm. Məncə, ən vacibi budur.
Opera ifaçısı Fidan Haciyeva:
"Hamı ideal bədən qurluşumun olduğunu deyir. Bunu üçün ən əsası idmana borcluyam. Eyni zamanda yağlı qidalardan qaçıram".
Xalq artisti Flora Kərimova:
"Pəhrizə, idmana ehtiyac duymuram. Çox yeyən deyiləm. Ona görə kökəlmirəm".
gecce.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB