Müğənniyə ərindən 9 milyonluq avtomobil hədiyyəsi FOTO

Müğənniyə ərindən 9 milyonluq avtomobil hədiyyəsi  FOTO

"А’Studio" qrupunun solisti Keti Topuriya 29-cu ad gününü keçirib. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, eyni zamanda iş adamı Lev Qeyhmanla evliliyinin iki illiyini qeyd edən müğənni ailə üzvləri və dostları ilə bir araya gəlib. Ketiyə əri ad günü hədiyyəsi olaraq isə 9 milyon rubl (təxminən 137 min manat) dəyərində olan avtomobil bağışlayıb. İfaçı yeni maşınının fotosunu "İnstagram" səhifəsində paylaşaraq "Baxın, mənim yeni "atım" şərhini yazıb.

Qeyd edək ki, bu yaxınlarda Oliviya adlı qızları dünyaya gələn Keti ilə Lev bir müddətdir Amerikada istirahət edirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə