Aparıcı əsəbləşdi "Qohuma ərə gedən arvadlardan nə gözləmək olar?"
Aparıcı Aytən Səfərova kök olmasını tənqid edənlərə sərt cavab verib. SİA-nın verdiyi xəbərə görə, ana olmağa hazırlaşan ifaçı bunları deyib: "Onlar kimilərinə fikir verməyin. Ucu-bucağı olmayan evdə qalıb, qohuma ərə gedən arvadlardan nə gözləmək olar? Əri də üzünə baxmır, o da başqalarına lağ etməyə başlayır. Əsas daxili və xarici gözəllikdir. Allaha həmd olsun ki, itə oxşamıram. Qəşəng fiquralı olub, daxilən və zahirən it, paxıl, ilan və siçovul olmaqdansa, bizim kimi şirin, toppuş olmaq yaxşıdır. Paxıllıq başqa şeydir. Kimin nə borcuna kim nə boydadır? Hər kəs özü ilə məşğul olsa yaxşıdır. Ətliyəm, xoşbəxtəm. Kimə nə? Bəzilərinə elə başa düşdükləri kimi cavab vermək lazımdır. Kimə nə mən hansı çəkidəyəm. Kimsə aqressiv və kobud ola, təhqir edə bilər, mən "zəhmət olmasa buyurunla" danışacam? Əvvəl elə idim. Amma indi gördüm ki, belələri ilə ata-analarından gördükləri dildə danışmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB