"Kurtlar Vadisi" serialını küsülü olduğu qardaşı Necati Şaşmaza buraxan rejissor Raci Şaşmazın ekranlara dönüşü uğurlu alınıb. SİA-nın türk mediasına istinadən məlumatına görə, Raci baş rollarında Oktay Kaynarca və Deniz Çakırın çəkildiyi "Eşkiya dünyaya hükümdar olmaz"ın ilk seriyası ilə reytinq siyahısının lideri olub.
ATV-də yayımlanan ekran işi ilk seriyası ilə bütün reytinq cədvəllərində (AB, Total) birinci yerdə qərarlaşıb. Necatinin iştirak etdiyi "Kurtlar Vadisi Pusu" sentyabrdan yayımlanacaq.
Proqnozlara görə, Raci Şaşmaz qardaşının reytinqini üstələdiyinə əmin olduqdan sonra öz serialının gününü dəyişərək "Kurtlar Vadisi Pusu" ilə eyni vaxta salacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB