Almaniya hökuməti əslən Azərbaycandan olan biznesmen Rza Zərrab haqqında həbs qərarı çıxarıb. SİA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, Rza Zərrabın həbsi ilə bağlı qərarın çıxarılması xahişinin İran tərəfindən edildiyi iddia olunur. İddialara görə, rəsmi Tehran Almaniya hökumətindən Rza Zərrabın həbsini xahiş edib. O, qızıl qaçaqmalçılığına görə İranda həbs olunan gənc milyarder Babek Zencani ilə əlbir olmaqda günahlandırılır.
Qeyd edək ki, Rza Zərrab Türkiyənin məşhur müğənnisi Ebru Gündəşin həyat yoldaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB