Bəstəkar Tahir Əkbərin səhhətində problem yaranıb. SİA-ya bu haqda bəstəkarın həyat yoldaşı məlumat verib: "Tahir müəllim bir neçə saatdan sonra beyin əməliyyatı keçirəcək. Hazırda xəstəxanadayıq. Həkimlər onu əməliyyata hazırlayır. T.Əkbərin əməliyyat olunmasında millət vəkillərimizin böyük dəstəyi var. Onlara təşəkkür edirik. Onu da söyləyim ki, mədəniyyət işçilərindən əməkdar artist Aybəniz Haşımova Tahir müəllimi tək qoymur. Bəstəkara qayğı göstərir".
Qeyd edək ki, Aybəniz Haşımova sosial şəbəkədə Tahir Əkbər haqqında "Xalqımızın əvəzsiz bəstəkarı Tahir Əkbər sabah günorta Nevrocərrahiyyə Xəstəxanasında başından əməliyyat olunacaq. Allah böyük bəstəkarımıza can sağlığı və uzun ömür versin"sözlərini yazmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB