Nanə:"Bir şəhid bacısı kimi, bu yanğını..."

Nanə:"Bir şəhid bacısı kimi, bu yanğını..."

Türkiyədə baş verən terror hadisəsi ilə bağlı azərbaycanlı məşhurlar da öz hisslərini bölüşüblər. SİA-nın məlumatına görə, hadisəyə biganə qalmayanlardan biri də ATV kanalında "Mənə bir az ondan danış" layihəsinin aparıcısı Nanə Ağamalıyeva olub. Sosial şəbəkədə yazdığı statusu ilə hər kəsi kövrəldən aparıcı xanım, Türkiyədə ölən şəhidlərə Allahdan rəhmət diləyib: "Bütün şəhid analarının başı sağ olsun. Dağılsın bu dünya. Bir ananın bütün ümidi övladıdır. Mən ana deyiləm, amma bir şəhid bacısı kimi, bu yanğını bütün qəlbimlə sümüyümə qədər hiss edirəm. Susmaq istəyirəm, ölənə qədər susmaq.. Mənə ikinci Vətən sayılan Türkiyəm, başın sağ olsun. Allah bütün pis və qeyrətsiz insanlara lənət eləsin!.

Bütün şəhidlərə Allahdan rəhmət diləyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə