Müğənni Coşqun Viləş sevgisindən danışıb. SİA-nın xəbərinə görə, sirrini bölüşən ifaçı illər sonra bu xəbərin yayılmasında problem görmür: "Sevdiyim qız var idi. Elə oldu ki, bizim aramızdakı münasibət pozuldu, ayrıldıq. Qız çox imkanlı bir adamın qızı idi. Üstündən 2-3 il keçdi. Həmin qız nişanlanıb. Mənim də heç nədən xəbərim yox. Bir gün zəng gəldi. Toya dəvət etdilər ki, çıxış edim. Yoy yiyəsinə dedim ki, həmin gün məşğulam. Dedilər mənə nə qədər beh almısan, toyu neçəyə danışmısan. Mən də dedim filan məbləğə. Təsəvvür edin, mənə həmin məbləğin 3 qat əvəzini təklif etdilər, təbii ki, razılaşdım. Ancaq sonra zəng edib, araşdırdım və məsələnin məğzi mənə məlum oldu, həmin toya getmədim".



(atv.az)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB