"Murad Arif plagiatlıq edir" İTTİHAM

Bəstəkar Ruslan Əhmədoğlu şoumen, bəstəkar və müğənni Murad Arifi plagiatlıqda ittiham edib. SİA-ya açıqlama verən Ruslan Əhmədoğlu iddiasını faktlarla əsaslandırmağa çalışıb: "Özünü hit mahnıların bəstəkarı kimi təqdim eləyənlər açıq plagiatdan belə çəkinmirlər. Bu isə çox məyusedici faktdır. Biz bədnam qonşularımızı bizim mahnıları oğurlamaqda ifşa etdiyimiz zaman, hətta türkiyəliləri belə bizim musiqilərimizı anonim bəstə göstərdiklərinə görə ittiham etdikdə, bizim Murad Arif kimi bəstəkarlarımız türk mahnılarını çəkinmədən özünküləşdirirlər. Şəxsən mən belə bir şeyi heç zaman özümə yaraşdırmaram".

Qeyd edək ki söhbət türkiyəli müğənni Atilla Taşın "Ham Çökelek" mahnısından gedir. Mahnının musiqisi demək olar ki, birəbir Murad Arifın "İnşallah" mahnısında təkrarlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə