İzzətdən möhtəşəm KONSERT

Şou-biznesin qalmaqallarından uzaq olan müğənni İzzət Bağırov sentyabrın 18-də Yaşıl teatrda solo konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, Bağırov konsertində təxminən 25 mahnı ifa edəcək. Canlı konsertin orkestrinin rəhbəri tanınmış klarnet ustası Hüseyn Məhəmmədoğludur. 3 saat davam edəcək konsertin səhnə tərtibatı da möhtəşəm olacaq. Hətta səhnənin qurulması sentyabrın 15-dən başlayacaq. Səbəb isə solo konsertdə 140-dan çox işıq effektlərinin olmasıdır. Müğənni biletlərin qiymətini isə hər kəsi nəzərə alaraq təyin edib. Belə ki, biletlərin qiyməti 10-50 AZN arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə