"Fəlakət"dən əməliyyat AÇIQLAMASI

"Bozbash Pictures"in aktyoru, Fəlakət obrazını canlandıran Elşən Orucov səhhətindən danışıb. SİA-nın məlumatına görə, açıqlama verən aktyor kor bağırsağından əməliyyat olunduğunu bildirib: "İsmayıllıda çəkilişdə idik. Qəfildən ağrı tutdu. Xəstəxanaya aparılıb, müayinə olundum. Sonra təcili tibbi yardım avtomobili ilə Bakıya gətirildim. Kor bağırsağımdan əməliyyat olundum. Hazırda vəziyyətim yaxşıdır. Özümü yaxşı hiss edirəm. Xəstəxanadan nə vaxt çıxacağımı həkimlər hələ deməyib".

Qeyd edək ki, Elşən Orucovun səhhəti "Axırıncı yol" filminin çəkilişi zamanı pisləşib.

axşam.az

Bütün xəbərlər Facebook səhifəmizdə