Fransanın cənub-qərbində 16 yaşlı həvəskar arxeoloq qız yaşı yarım milyon il olan insan dişi tapıb. Rusiya saytları xəbər verir ki, Fransanın paleontoloq alimlərinin fikrincə, bu dişin yaşlı adama məxsus olduğu güman edilir. Dişin yaşı 560 min il bundan əvvələ aid edilir. Bu gün alimlər daşın kişiyə və yaxud qadına məxsus olduğunu deməyə çətinlik çəkirlər. Onların fikrincə, bu tapıntı çox dəyərlidir, çünki arxeoloqlar Avropa ərazisində çox az sayda artefakt aşkarlayıblar. Yaxın aylarda tədqiqatçılar qədim insan dişinin təhlili üçün xeyli vaxt sərf edəcəklər. Alimlər dişin kimə məxsus olduğunu və hansı şəraitdə itdiyini araşdıracaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə