"Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

"Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

"Kurtlar vadisi Pusu"nun aktyoru Yalçın Güzelce dünyasını dəyişib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, 64 yaşlı aktyorun 5 il əvvəl beynində bədxassəli şiş tapılmış və əməliyyat olunduqdan sonra sağalmışdı. Lakin son günlər yenidən səhhəti pisləşən Güzelce gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, aktyor "Cennet mahallesi", "Eyvah babam", "Arka Sokaklar" və s. kimi seriallarda da rol almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə