Aparıcılar Zaur və Günay Baxşəliyevlər tezliklə görüşünüzə gələcəklər. SİA-nın məlumatına görə, cütlük ATV telekanalında "Məni yarımdan soruş" layihəsi ilə yenidən tamaşaçıları salamlayacaq. Ancaq bu dəfə seçimlər Bakıda yox, Azərbaycanın gözəl guşəli, mənzərəli rayonlarında olacaq.
Bu barədə Zaur Baxşəliyev məlumat verib: "Bəli, biz yenidən gəlirik. Hər bir rayondan olan cütlüklər bizə zəng edə bilər; 055 770 88 78. Oyuna qatılıb, avtomobil qazanmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Sizin yaşadığınız rayona gəlib, sizi seçəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB