Atam deyir ki, sinəni göstərib gözəl insan olmaq... VİDEO-FOTOLAR

Atam deyir ki, sinəni göstərib gözəl insan olmaq... VİDEO-FOTOLAR

Dünyaca məşhur müğənni Mayli Sayrus Cimmi Kimmelin şousuna qonaq olub. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, verilişə açıq libasla qatılan ifaçı erotik geyimlərinə ətrafdakıların necə reaksiya verməsindən danışıb: "Atam məni başa düşür. Deyir ki, sinəni göstərib, gözəl insan olmaq, qapalı geyinib ifritə kimi davranmaqdan yaxşıdır".

Sayrus konsertlərdə onunla səhnəni bölüşən musiqiçilərdən bəhs edərkən "Pol MakKartni ilə səhnədə olanda ona dedim ki, "Sinəmə baxmağı yığışdır". Bundan sonra aramızdakı münasibət tamamilə dəyişdi"-deyə, bildirib.



Bütün xəbərlər Facebook səhifəmizdə