Müğənni Roza Zərgərli mediada yayılan açıq-saçıq şəkillərindən danışıb. SİA-nın məlumatına görə, yayılan fotolar montajdır: "Bir neçə xəbər portalları barəmdə həqiqəti əks etdirməyən yazılar dərc ediblər. Montaj olunmuş şəkil paylaşaraq, mənim imicimə zərbə vurmağa çalışırlar. Bu şəkillər 2013-ci ildən etibarən sosial mediada yayılıb. Amma fotolardakı mən olmadığıma görə susmuşam. Görürəm ki, susmağım bəzilərinə sərf edib. Demək istəyirəm ki, bu fotolar montajdır. Həmin şəkilləri mənim adıma çıxan bəzi saytlar isə məhkəmə qarşısında cavab verməli olacaq. Maraqlıdır ki, son dövrlər mən yeni bir layihə təqdim edən kimi barəmdə qara piyara başlayırlar. Demək olar ki, mən bu yay dincəlmədim. Azərbaycanımızın gözəl guşələrində konsertlər verdim. Hələ yay turnesi çərçivəsində bir neçə rayonlarda da konsertlərim nəzərdə tutulub. Yəni şou-biznesdə olan düşmənlərimə demək istəyirəm ki, bu cür qara piyarlarla mənə təsir edə bilməyəcəksiniz. Allah hər şeyi görür".


axşam.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB