Damladan "Bu bahar" FOTOLAR

Gənc müğənni Damla söz və musiqisi Tural Bayraməliyevə məxsus "Bu bahar" mahnısına çəkilən klipi təqdim edib. SİA-nın məlumatına görə, Nail Naiboğlunun ekranlaşdırdığı klipin çəkilişləri Cəlilabad, Mingəçevir və paytaxt Bakıda aparılıb. Yaradıcı heyət çəkiliş üçün Mingəçevirdə Kür çayının kənarını seçiblər. İki gün davam edən "Bu bahar" kino lentə çəkilib.

Qeyd edək ki, klipdə Damlanın vizaj və stili üzərində Anar Məmmədov çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə