Səməddən yeni mahnı

Xalq artisti Səməd Səmədov "Xəbərin olmaz" adlı mahnını ifa edib. SİA-ya bu barədə müğənnnin prodüseri Rövşən Cəfərov məlumat verib: "Səməd bəyin ifa etdiyi "Xəbərin olmaz" adlı bəstə bu gün işıq üzü gördü. Bu gündən etibarən "Youtube" sosial şəbəkəsində və radiodalğalarda səslənəcək. İşlərimiz bununla bitmir. Xalq artisti yeni hit mahnılar yazdırıb. Bundan başqa yeni mövsümdə sürpriz layihəsini təqdim etməyə hazırlaşır".

Qeyd edək ki, bəstənin sözləri Telli Pənahqızına, musiqisi Elşən Nicata məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə