Elzanın qızı nişanlısı ilə FOTOSESSİYASI

Əməkdar artist Elza Seyidcahanın avqustun 20-də xına mərasimi olan qızı Gülşən nişanlısı ilə fotosessiya etdirib. SİA-nın məlumatına görə, cütlüyün şəkillərini türkiyəli fotoqraf Cihan Deveci çəkib. Gülşənin saç düzümü və makiyajını isə Anar Ağakişiyev edib.


Elza Seyidcahan açıqlamasında çox xoşbəxt olduğunu deyib: "Xoşbəxtəm ki, gəlinim də, kürəkənim də övladlarıma layiq insanlardır".

Qeyd edək ki, Gülşən Elxan Əlisatov adlı fotoqrafla ailə qurur. Cütlüyün toyu avqustun 24-də baş tutacaq.























Bütün xəbərlər Facebook səhifəmizdə