Şou-biznesdə növbəti QALMAQAL
Müğənni Hande Yenerlə həmkarı Demet Akalın arasında mübarizə qızışır. SİA-nın verdiyi xəbərə görə, Hande sahibi olduğu "Sebastian Beach"də Demetin mahnılarının çalınmasını istəməmişdi.Bu gün isə "Söylemezsem olmaz" proqramına telefonla əlaqə saxlayan D.Akalın bu xəbərin doğru olduğunu təsdiqləyərək belə deyib:"Musiqiçi dostumuz Erdem Kınay ona həmin çimərlikdən təklif olduğunu, amma getməyəcəyini dedi. Cavabında "çörək pulundur, təbii ki, getməlisən, belə şeylər ayıbdır" dedim. Başqa adamlardan xahiş etdim ki, onu səhnəyə çıxmağa razı salsınlar. Konsert baş tutub və Erdemden mənim mahnılarımın çalınmamasını tələb ediblər. O balaca çimərlikdə məni səsləndirsələr ya səsləndirməsələr, heç bir şey dəyişməyəcək. Bütün Türkiyə məni dinləyir. Heç önəmli deyil. Mən onun mahnılarını hər yerdə oxuyuram. Ona görə də Demet Akalınam, ona görə də bəzi kreslolarda yerim var, çünki qəlbim təmizdir".

Ayrıca, hazırda "Rising Star"da birlikdə münsiflik etdiyi Gülben Ergenin vaxtikən Demetin konsert elanlarını sökdürdüyü xatırladılınca ifaçı belə cavab verib: "O hadisə də doğru idi. İnsanlar artıq qocalır. O vaxt hirsimizin qurbanı olduq".

Bütün xəbərlər Facebook səhifəmizdə