Aygün Kazımova səhnədə şou göstərdi FOTOLAR

Aygün Kazımova səhnədə şou göstərdi FOTOLAR
Xalq artisti Aygün Kazımovanın "Ayrılarmı könül candan" adlı solo konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, ifaçı konsertini "Coffe from Columbia" ilə açılış edib və ard-arda repertuarında olan bəstələrini sələndirib.

Gecədə xalq artistini geyimi də maraqlı olub. Belə ki, sənətçi tamaşaçıların qarşısına transparan geyimdə və şortikdə şıxıb.

Konsert boyu səhnədə yerli və əcnəbi rəqqaslarla şou göstərən ifaçı son hitlərindən olan "Bir parça keks"in səsləndirilməsindən əvvəl tamaşaçılara uduşlu kekslər paylanılıb.

Gecədə maraqlı anlar yaşanıb. Belə ki, fanatları A.Kazımova sürpriz hazırlayıb. Onlar müğənniyə "Əsrin sənətkarı" diplomunu təqdim ediblər. Gecə xalq artistinin ifasında "Azərbaycan" mahnısını səsləndirilməsi və atəşfəşanlıqla bitib.

Qeyd edək ki, Aygün Kazımovanı dinləyənlər arasında yerli şou-biznesin nümayəndələri ilə yanaşı Ramil Səfərorov da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə