Röyanın konsertindən gizli məqamlar FOTOLAR

Röyanın konsertindən gizli məqamlar FOTOLAR

Müğənni Röya Ayxanın "Yaşıl Teatr"da möhtəşəm konserti reallaşıb. SİA-nın verdiyi xəbərə görə, rəqqaslarla birlikdə səhnəyə çıxan gecənin səbəbkarı ilk olaraq "Sultanım" mahnısını oxuyub.

Daha sonra səhnəyə Röyanın oğlu çıxaraq ona gül verib və sevgisini etiraf edərək "Anamı çox sevirəm. Kim onu çox istəyir?" deyə mikrofonu tamaşaçılara uzadıb.

Röya gecədə tez-tez bəstələrinin sözlərini unudub.

İfaçı konsert zamanı sözləri Leyliyə, musiqisi Hakan Erola aid olan "Səni yox" adlı yeni mahnısını da ilk dəfə səsləndirib.

Gecənin maraqlı anlarından biri də əməkdar artist Abbas Bağırovun səhnəyə çıxaraq Röyaya zərfdə pul verməsi olub.

R.Ayxan gecədə ağ və qırmızı rəngli iki libas dəyişib.

Qeyd edək ki, növbəti konsert bu gün baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə