"Ədəbiyyata bağlılığım məni idmandan qopardı"

"Ədəbiyyata bağlılığım məni idmandan qopardı"
Yazıçılar Birliyinin üzvü, şair-bəstəkar Tural Bayraməliyev maraqlı açıqlama verib. SİA-nın verdiyi xəbərə görə, Tural bunları deyib: "Şeir var özü musiqini yaradır. Ona görə də, şeirlərimə musiqini özüm bəstələyirəm. Elə şeirlərim də var, onlara toxunmuram. Şeir halında qalsalar, daha gözəldir. Məncə, şeiri necə yazmağın düsturu yoxdur. Onu da qeyd edim ki, istədiyim vaxt masanın arxasına keçib, şeir yazmıram".

Həm nəğmələrində, həm qələmində dəsti-xətti ilə seçilən T.Bayraməliyevin daha bir peşə sahibi olduğu üzə çıxdı. Bəlli oldu ki, vaxtilə o, peşəkar kikboksinqlə məşğul olub və yığma komandada çalışıb. Bir çox turnirlərdə qızıl, bürünc medal qazanıb. Lakın ədəbiyyatda, musiqidə özünü tapan Tural Bayraməliyev idmanla müəyyən müddətdən sonra vidalaşmalı olub: "Mənim üçün idmanın da öz zamanı var idi. 2005-ci ilə qədər kikboksinq idman növü ilə məşğul olmuşam. Amma ədəbiyyata bağlılığım məni idmandan qopardı. Buna baxmayaraq ölkəmizdə keçirilən idman oyunlarını xanımımla birlikdə böyük maraqla izlədim. Bu oyunlarının keçirilməsin üçün böyük əmək sərf olundu. Vətənimizin adı uğruna keçirilən hər tədbiri vətəndaş olaraq dəstəkləyirəm və əlimdən gələni etməyə hazıram".

Bütün xəbərlər Facebook səhifəmizdə