Rejissor Kənan M.M. aktrisa olmaq üçün ona müraciət edənlərə sərt cavab verib. SİA-nın verdiyi xəbərə görə, həmin kəsləri sosial şəbəkədə tənqid edib: "Bezdim artıq. Allaha and olsun ki, bu sənətə ötəri baxmaq olmaz. Aktrisa olmaq istəyirsiniz? Mən razı, amma bu son cümləni oxuduqdan sonra 10 saniyə vaxtınız var. Kamera sizi çəkir, ağlayın. Ağlamalı səhnə çəkilir, bacarmadınız ki? Onda gedin dərslərinizi oxuyun və özünüzü başqa yerdə sınayın. Allah mənə səbr, sizlərə vicdan və ağıl versin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB