Yoxa çıxan aktyorumuzdan xəbər var
Xeyli müddətdir yoxa çıxan aktyor İlham Qasımov yenidən ekranlara qayıdır. SİA-nın verdiyi xəbərə görə, İ.Qasımov "Oğlan evi və ya Azərbaycansayağı qarət" adlı film çəkir. Ekran işinin baş rol ifaçıları aktyorlar Fərda Xudaverdiyev, İslam Mehrəliyev və Elcan Rəsulovdur. Komediya janrında olan filmin ssenari müəllifi İlham Qasımov, Tural Sevdimalı və Dicey Fatehdir. "Oğlan evi və ya Azərbaycansayağı qarət"in çəkilişləri artıq başa çatıb. Film yaxın günlərdə təqdim olunacaq.

Çəkiliş məkanından fotolar sosial şəbəkədə paylaşılıb.

Həmin fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə